Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolunun yenidən qurulmasına başlanılıb - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 156 kilometrindən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun yenidən qurulmasına başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, 22,3 kilometr uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq aparılır.
Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi də icra olunacaq. Bununla yanaşı layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən texnoloji ardıcıllıqla aparılan tikinti işləri yolboyu yerləşən 4 yaşayış məntəqəsinin 16 min nəfər əhalisinin əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemi sona çatdıracaq.
Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












