Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunu yenidən qurur.
Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 6 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.
Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 4 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.
Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşa edilir. Artıq yolun 3 km-lik hissəsində sadalanan işlər yekunlaşdırılaraq 2 qat, yolun 2 km-lik hissəsində isə 1 qat asfalt-beton örtüyü döşənib.
Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balhari çayı üzərində uzunluğu 10, eni 9 metr və yolun 5-ci km-də uzunluğu 20, eni 2.50 metr olmaqla 2 ədəd suötürücü qurğu tikilib. Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və istifadəyə veriləcək.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR















