Füzuli-Şuşa və Füzuli-Ağdam yollarında Mobil Müşahidə Sistemləri quraşdırılıb - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər layihələrə Mobil Müşahidə Sistemləri quraşdırıb.
Bu barədə AAYDA-dan bildirilib.
Agentlikdə yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiyin tətbiq edilməsi ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir.
Bu yaxınlarda Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılmışdır.
Bu işlərin davamı olaraq bir müddətdir ki, Agentlik tərəfindən müasir idarətmə və nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, yol infrastrukturu layihələrinin icra olunduğu ərazilərə Mobil Müşahidə Sistemləri - servisi (MMS-S) müəssisəsi tərəfindən hazırlanan Mobil Müşahidə Sistemləri quraşdırılır.
Mobil qoşqu üzərində yığılan bu qurğuda hər şey yüksək dəqiqliklə hesablanıb. Belə ki, sistem mobil qoşquya yığıldığı üçün hər hansı bir avtomobilə qoşularaq istənilən yerə daşınması mümkündür.
Yol layihələrinin icrasına nəzarət onlayn şəkildə monitorla və ya mobil telefonunla, keyfiyyətli günəş panellərinin istehsal etdiyi enerji ilə təhciz olunan 24 saat kəsintisiz, 500 metr ərazinin video görüntüsünü xüsusi proqram vasitəsilə təmin olunur.
İki sabit və bir hərəkətli kameralar vasitəsilə müxtəlif bucaqlardan və məsafədən uzun müddət qurğunun yaddaşında saxlamaqla canlı, həmçinin istənilən hava şəraitində müşahidə aparmaq mümkündür.
Mobil Müşahidə Sistemi ölkə boyu icra olunan yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na əsasən keyfiyyətlə, sürətlə və təhlükəsizlik qaydalarına riayət edilməklə icrasına, tərtib olunmuş qrafiklə vaxtında icrasının yekunlaşdırılmasına Agentliyin rəhbərliyi tərəfindən mütamadi olaraq yerindəcə nəzarətdən əlavə, həm də istənilən vaxt və istənilən yerdən sistemlərin quraşdırıldığı tikinti ərazilərini onlayn qaydada müşahidə etməyə imkan yaradır.
Hazırda bu cür Mobil Müşahidə Sistemləri Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında quraşdırılaraq tikinti prosesi tam nəzarət altında saxlanılır.
Yaxın müddət ərzində bu cür sistemin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna, həmçinin digər böyük yol layihələrinin icrası həyata keçirilən ərazilərdə quraşdırılması nəzərdə tutulur.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












