Gürcüstan Rusiyaya gedən yük maşınlarına Azərbaycandan keçməyi təklif edib

Gürcüstan Kazbeki sərhəd-keçid məntəqəsinin bağlanması ilə əlaqədar Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan ərazisindən istifadə etməyi təklif edib.
APA xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələri Sınıq Körpü və Laqodexi gömrük-keçid məntəqələrindən istifadə edərək sərhədkeçmə prosedurlarını həyata keçirə bilər.
Qeyd edək ki, Dariyal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar Kazbegi gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.
Güclü yağışlar nəticəsində baş vermiş daşqın Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq yolun Rusiya Federasiyası ilə sərhədə yaxın hissəsini zədələyib.
“Hava şəraiti yaxşılaşdıqdan və təmir-bərpa işləri başa çatdıqdan sonra Kazbeki gömrük-keçid məntəqəsi tam gücü ilə fəaliyyətini davam etdirəcək”, - deyə nazirliyin məlumatında bildirilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












