İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir - FOTO

İnşaatçılar prospektində yeni mikromobillik zolağı təşkil edilir.
AYNA-dan Avtosfer.az-a verilən məlumata görə, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər Yasamal rayonunun küçə və prospektlərində davam etdirilir. Belə ki, daha öncə Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər İnşaatçılar prospektində aparılır.
İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə kimi mikromobillik zolağı yaradılarkən hərəkət zolaqlarının ölçüləri standartlara uyğunlaşdırılıb və sayı dəyişməz olaraq qalıb.
Qeyd edilib ki, prospektdə aparılan təhlillər nəticəsində piyadaların rahatlığı və təhlükəsizliyi üçün tələbat olan yerlərdə yeni eynisəviyyəli piyada keçidləri də təşkil olunacaq.
Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının quraşdırılmasına başlanılacaq.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO



















