“Laçın dəhlizi” yox, sadəcə “Laçın yolu” adlandırmalıyıq - Hüquqşünas - FOTO

"Şərqi Zəngəzurun və azad edilmiş digər ərazilərin bərpası işləri sürətlə davam edir. Şükürlər olsun ki, oralara hər səfərimdə ciddi dəyişikliklərə şahid oluram. Son genlər Laçın ətraflndakı yollarla bağlı çoxlu məlumatlar oldu."
Bunu öz sosial şəbəkə hesabında hüquqşünas Ərşad Hüseynov yazıb. O, bildirib ki, hazırda Xankəndini Qərbi Zəngəzurla birləşdirən Laçın yoluna alternativ yol çəkildiyini bilirsiniz.

"Bir sıra şəxslər kimi, mən də “Laçın dəhlizi” ifadəsinin yığışdırılmasını xahiş edirəm. Oranı sadəcə “Laçın yolu” adlandırmalıyıq. Həmin yolun Həkəri üzərindəki körpüsünün beton konstruksiyası artıq hazırdır. Qayğı qəsəbəsindən keçməklə Şuşa rayonunun keçmiş Kirov kəndi istiqamətində bu yolun tikintisi davam edir. Bu yol Laçının heç bir kəndindən (Qayğı qəsəbəsi istisna olmaqla) keçmir, yalız örüş-otlaq yerlərindən dağın üstü ilə çəkilir."
Ərşad Hüseynov bildirib ki, iknici daha maraqlı yol Xudafərin-Laçın yolunun Həkəri çayı boyunca Laçına doğru davam edən hissəsidir.

"Yeni körpünün əks tərəfində gördüyünüz həmin yoldur. Çay yuxarı gedərək Laçın-Zabux yoluna (indiki asfalt yola) birləşir. Bu yolun da trası artıq başa qədər ilkin olaraq işlənib. Texnika gedib-gəlir və işlər sürətlə davam edir. Bu yol tikiləndən sonra Laçın şəhərinə aşağıdan - çay tərəfdən daxil olacağıq. İndiki Güləbird- Laçın yolu (Ağanusdan keçən yol) kənd yolu kimi qalacaq. Xudafərin – Laçın yolu isə Laçın şəhərinin aşağısından keçməklə çay qırağı ilə Seyidlər kəndi istiqamətinə, oradan isə Qorçu aeroportu və Kəlbəcər istiqamətinə davam edəcək."

Ərşad Hüseynov bildirir ki, çay qırağı gedən yeni yol istifadəyə veriləndən sonra Qubadlı tərəfdən Laçına gedən yol 20 km-ə yaxın qısalacaq. "Minkənd zonasına getmək isə lap asan olacaq, çünki yol 30 km-ə yaxın qısalacaq. Qubadlı rayonu ərazisində Xudafərin - Laçın yolunun bir hissəsinə artıq asfalt da vurulub."

Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR














