Laçın və Zəngilan aeroportları belə olacaq - FOTOLAR

İşğaldan azad olunan Laçın və Zəngilan şəhərlərində tikilən hava limanlarının maketlərinin fotoları yayımlanıb.
Avtosfer.az xəbər verir ki, buna dair paylaşımı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev tviterdə edib.
“Azad Qarabağda daha iki hava limanı inşa edilir”, - deyə Şəfiyev qeyd edib.
Qeyd edək ki, daha əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayaraq bildirib ki, AZANS uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazisində - Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemini tətbiq edir.
Zəngilanda yerləşən hava limanının 2022-ci ildə, Laçında yerləşən hava limanının isə 2024-cü ildə istismara verilməsi nəzərdə tutulur.
(Qafqazinfo)


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












