Milli Məclisdə yeni TƏYİNATLAR - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında kadr dəyişiklikləri aparılıb.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, Milli Məclisin Dövlət qulluğu kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektorunun müdiri Kənan Axundov vəzifəsindən azad edilib. O, Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.

Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri Kəmalə Mustafa qızı Əzimova vəzifəsindən azad edilib. O da Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.

Milli Məclis sədri müavininin köməkçisi Emin Vaqif oğlu Abdullayev da vəzifəsindən azad edilib.

Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri vəzifəsinə Şahin Xanbaba oğlu Quliyev təyin edilib. O, bundan əvvəl Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Həmin şöbənin müdir müavini vəzifəsinə Nadir Rafiq oğlu Sultanov təyin edilib. Nadir Sultanov bu vəzifəsindən əvvəl İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericilik qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.

Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












