Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT

11,7 kilometrlik tunel beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizinin əsas həlqələrindən biri hesab olunur.
Murovdağ tuneli təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən iri və strateji yol-nəqliyyat mühəndisliyi layihələrindən biri hesab olunur. Tunelin istifadəyə verilməsi ölkənin nəqliyyat infrastrukturunun inkişafında yeni mərhələ olmaqla yanaşı, gələcək beynəlxalq yükdaşımalarında da mühüm rol oynaya bilər.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, 11,7 kilometr uzunluğa malik Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunelləri sırasında önəmli yer tutur.
"Bu tunel uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə ən uzun avtomobil tunelidir. Bu göstəricilər layihənin yalnız Azərbaycan üçün deyil, beynəlxalq mühəndislik baxımından da xüsusi əhəmiyyət daşıdığını göstərir", – deyə Rauf Ağamirzəyev bildirib.
Tunelin layihələndirilməsi zamanı təhlükəsizlik məsələlərinə xüsusi önəm verilib. Belə ki, tuneldə sağ və sol hərəkət istiqamətlərini birləşdirən 38 fövqəladə keçid tuneli inşa olunub. Bu keçidlər hər hansı fövqəladə hadisə zamanı insanların təhlükəsiz təxliyəsinə və operativ müdaxiləyə imkan yaradan beynəlxalq standartlara uyğun mühəndis həlləri hesab edilir.
Ekspert qeyd edib ki, layihə yalnız Murovdağ tunelindən ibarət deyil. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu üzərində ümumi uzunluğu 2 636 metr olan daha dörd avtomobil tuneli də inşa edilib. Bu isə mürəkkəb dağlıq relyefdə ilin bütün fəsillərində etibarlı və fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunmasına xidmət edir.
Hazırda Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsində tikinti işlərinin 89 faizi tamamlanıb. Layihənin tam başa çatması ilə Kəlbəcərin ilboyu təhlükəsiz avtomobil əlaqəsi təmin olunacaq, bölgədə turizm, kənd təsərrüfatı, yükdaşımaları və digər iqtisadi fəaliyyət istiqamətləri üçün yeni imkanlar yaranacaq.
Rauf Ağamirzəyevin fikrincə, bu yolun əhəmiyyəti yalnız daxili nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə məhdudlaşmır.
"Strateji baxımdan bu magistral gələcəkdə Zəngəzur istiqaməti ilə inteqrasiya olunaraq Fars körfəzi–Qara dəniz arasında formalaşan Cənub–Qərb beynəlxalq nəqliyyat marşrutunun ən qısa və etibarlı hissələrindən birinə çevrilə bilər. Bu isə Azərbaycanın regional logistika və tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirəcək, ölkənin beynəlxalq yükdaşımalar bazarındakı rolunu artıracaq", – deyə Rauf Ağamirzəyev vurğulayıb.
Eltac Zülfüqaroğlu
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI












