Saatlıda uzunluğu 3 km olan yol yenidən qurulur - FOTO - VİDEO

Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolu yenidən qurulur.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, uzunluğu 3 km olan Məmmədabad–Genişkənd avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Hərəkət hissəsinin eni 6 metr təşkil edən avtomobil yolunda texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, yol yatağı və yol əsası inşası aparılıb. Sözügedən işlər çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib.
Layihə əsasında yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə zəruri yerlərdə suötürücü boruların quraşdırılması işləri görülüb.
Sadalanan işlərə paralel olaraq qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri yekunlaşan ərazidə artıq asfaltlanma işlərinə də başlanılıb. Hazırda yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyün döşənməsi icra olunur.
Görülən işlər tam başa çatdıqdan sonra zəruri olan yerlərdə yol nişanları və dayanacaqlar quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Əvvəllər yolun torpaq əsaslı və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı. Yolun əsaslı şəkildə yenidən qurulması ilə 2 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin təhlükəsiz və maneəsiz hərəkət etmələrinə imkan yaradacaq, ən əsası sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq.
Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ
Moped sürücüləri üçün YENİ TƏLƏBLƏR
Rusiyada təyyarələrlə bağlı yeni qadağa – RİSK VƏ XƏRCLƏR ARTDI
Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri
Şuşanın “Tarqovı”sı adlanan Qarabağ küçəsində nələr dəyişəcək? - FOTO
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi














