Saleh Məmmədov Qarabağdakı yol layihələrinə baxış keçirib - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədi ilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.
Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, sədr Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikitnisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib.
Hazırda yolda torpaq yatağının, suötürücü boruların və kanalların tikintisi aparılır. Tuneldə isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqaməti üzrə 1 km-dən artıq qazma işləri icra olunub, 2 ehtiyyat keçidinin tikintisi yekunlaşıb.
Daha sonra S.Məmmədov 72,3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda həyata keçirilən mobilizasiya və torpaq işlərinin icrası ilə tanış olub. O, bu il istismara verilməsi nəzərdə tutulan, Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisinin gedişatı ilə də maraqlanıb. Hazırda yolun layihələndirilməsi ilə paralel olaraq, torpaq yatağının və 1 avtomobil körpüsünün inşası davam etdirilir.
Laçın rayonu ərazisində baxış keçirilən növbəti mühüm yol infrastrukturu layihəsi Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur. Qubadlı-Laçın istiqamətində 45 km-lik, Xanlıq istiqamətində isə 14 km-lik hissədə torpaq yatağının, körpülərin tikintisi və asfaltlanma işləri icra olunur.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürüdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir. Layihənin icra vəzityyəti ilə yerindəcə tanış olan sədrə məlumat verilib ki, yol boyu torpaq yatağının, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir.
S.Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO













