Sumqayıt sakinlərinə şad xəbər - Bakıya gələn yeni marşrut xətti açılır - FOTO

Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin, vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyən edilib.
Marşrut üzrə 20 ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.
Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.
500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 AZN müəyyən edilib.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO













