Tağıyev-Sumqayıt avtomobil yolunun genişləndirilməsi yekunlaşır - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika əhəmiyyətli, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə qədərki avtomobil yolunun 4 zolağa genişləndirilməsini yekunlaşdırır.
Avtosfer.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, genişləndirilən hissənin uzunluğu 13,7 km-dir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilib.
Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, geriyə dönmə hissələrin işlənməsi, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması, yolayrıcına dəmir-beton maneələrin düzülməsi işləri artıq yekunlaşıb.
Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq bitib.
Sadalanan işlərlə yanaşı H.Z. Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidinin inşası da yekunlaşıb. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yerüstü piyada keçidi yolun 3.8-ci km-də inşa edilib. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.
Hazırda layihə boyu son mərhələ üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Asfaltlanma işləri bitəndən sonra çiyin hissələrin bərkidilməsi, üfiqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması ilə yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












