Ucarda 30 minə yaxın əhalinin istifadə etdiyi yol yenidən qurulur - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 29 min nəfər əhalinin yaşadığı, 28,5 km uzunluğa malik Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurur.
Avtosfer.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan yolun yatağı və örtüyü deformasiyaya uğrayıb, çalalar və çökmələr əmələ gəlib, çiyin hissələrin eni azalıb. Bu isə avtomobil yolu ilə rahat gediş-gəlişi təmin etməyib.
Layihəyə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülür. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq.
Yolboyu çiyinlərin qum-çınqıl qarışığı ilə tikilməsi, suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından müxtəlif diametrli boruların quraşdırılması və izolyasiyası işləri də görüləcək. “İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yola 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra ediləcək.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır.
Ötən il sözügedən yolun 4,55 km hissəsində yuxarıda sadalanan işlər icra olunaraq yekunlaşdırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















