Whatsapp-da istifadəyə veriləcək YENİLİKLƏR

WABetaInfo saytı Whatsapp-ın mobil versiyası üçün hazırlanan yeniliklər barəsində məlumat verib.
Avtosfer.az technote-yə istinadən bildirir ki, messencerin mobil versiyasında dəyişikliklər audiozənglərin interfeysini və qrup çatlarını əhatə edəcəklər. Belə ki, qrup çatları Facebook-da mövcud olan funksiyalardan birini əldə edəcəklər. Məlumata əsasən Whatsapp-dakı audiozəngləri əhatə edən ekran interfeysi smartfon ekranını daha səmərəli şəkildə istifadə edəcək. Sözügedən interfeysin aşağı hissəsindəki düymələrdə bir dəyişiklik olmayacaq. Bununla belə zəng edilən istifadəçinin adı, telefon nömrəsi və zəngin davamlılıq müddəti ekranın yuxarı hissəsində bir qədər mərkəzdə yerləşəcəklər.
Həmçinin sözügedən göstəricilər ağ şrift ilə deyil, yaşıl şrift ilə əks olunacaqlar. Messencerin qrup çatlarında mesajlara Facebook-dakı kimi reaksiyalar bildirmək mümkün olacaq. Bununla yanaşı qrup çatlarının adminləri ayrı-ayrı mesajları silmək imkanına sahib olacaqlar. Silinmiş bu cür mesajların yerlərində müvafiq bildiriş əks olunacaq. Təqdim edilmiş screenshotlar iPhone modelində çəkilib. Lakin məlumatda qeyd edilib ki, sözügedən funksiyalar həmçinin messencerin Android versiyasında da istifadəyə veriləcək. Bu yeniliklərə sahib Whatsapp versiyasının bir neçə həftə və ya ay ərzində istifadəyə veriləcəyi gözlənilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












