Xırdalan stansiyasının pilləkənləri müasir mexanizmlərlə əvəzlənəcək - FOTOLAR

Azərbaycan Dəmir Yolları (ADY) son illərdə infrastrukturun yenilənməsi istiqamətində bir sıra mühüm addımlar atsa da, bəzi köhnə tikililər bu prosesin tempinə uyğunlaşa bilmir. ADY-nin əsas qovşaqlarından biri olan Xırdalan dəmiryolu stansiyası xüsusi diqqət tələb edən məkanlardan biridir. Belə ki sərnişin axınının artması, şəhərətrafı nəqliyyatda dəmir yolunun əhəmiyyətinin yüksəlməsi Xırdalan stansiyasının mövcud problemlərini gündəmə gətirir. Hazırda ən çox sərnişin qəbul edən Xırdalan stansiyasının yeni, səliqəli platformasına uyğun gəlməyən köhnə, həm də müasir texniki və təhlükəsizlik standartlarına cavab verməyən pilləkənləri var.
Xırdalan stansiyasının yenilənməsi niyə gecikir?
Avtosfer.az-ın məlumatına görə, məsələylə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin fikrini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev Bizim.Media-ya bildirdi ki, köhnə infrastrukturlar mərhələli şəkildə yenilənir:
“Bu, sovet dövründən qalma infrastrukturdur. Təbii ki taxta pilləkənlər köhnəldikcə biz onları yeniləyirik, amma onların konstruksiyası Sovet vaxtı elə qurulub ki, onu digər materiallarla, ağır örtüklərlə əvəz etmək mümkün deyil. Hazırda elə ən uyğunu taxtadır. Taxtalar da açıq havada olduğu üçün zaman-zaman çürüyüb dağılır. Amma əməkdaşlarımız tərəfindən vaxtaşırı baxış keçirilir, lazım gəldikdə hansılar ki təmirə uyğundur, yenilənir. Gələcəkdə isə ümumiyyətlə yeni, müasir mexanizmlərlə əvəzlənəcək”.




Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO












