Yeni sədr özünə müşavir təyin etdi – FOTO

Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeçiliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin departament direktoru vəzifəsindən azad olunub.
Avtosfer.az-ın məlumatına görə, MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinin direktoru Kamil Bektaşi öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Kamil Bektaşi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni sədri Əfqan Cəlilovun müvafiq əmri ilə onun müşaviri təyin olunub.
Qeyd edək ki, 01.01.1981-ci il təvəllüdlü Kamil Bektaşi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyində baş məsləhətçi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-də Satınalma və təchizat şöbəsinin müdiri və İnzibati İşlər departamentinin rəhbərinin müavini vəzifələrində də çalışıb.(Qaynarinfo)

Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO












