Yol Polisindən Qaradağda sürət həddinin 70-ə endirilməsi ilə bağlı etirazlara CAVAB

Sürücülər Qaradağ rayonunda sürət həddinin endirilməsindən narazılıq edirlər.
Bu barədə etirazlar sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən paylaşılır. Paylaşımlarda Qaradağ rayonunda "Qaradağ marketə" təxminən 100-150 metr qalmış quraşdırılan radar ilə ərazidə sürət həddinin 90 km/saatdan 70 km/saata endirilməsi mübahisə yaradıb.
Sürücülər ətrafda yaşayış massivi olmadığı halda sürət həddinin endirilməsinə bir izah verə bilmirlər. Bəziləri sürət həddinin endirilməsinin ərazidəki marketlə əlaqəli olduğunu iddia edirlər.
![]()
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.az-a açıqlamasında bildirib ki, sözügedən yolda bir müddət əvvəl piyadaların iştirakı ilə baş verən çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınırdı: “Bu səbəbdən də həmin ərazidə yaşayan vətəndaşlar tərəfindən BDYPİ-nə müraciətlər daxil olurdu. Sözügedən müraciətlər əsasında əraziyə baxış keçirildi, monitorinqlər aparıldı. Yekun nəticə olaraq vətəndaşların müraciəti nəzərə alınaraq yolda sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Sürücülərdən xahiş olunur ki, bu yoldan keçən zaman qeyd edilən sürət həddinə, yol nişanlarının tələblərinə riayət etsinlər, özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına biganə yanaşmasınlar”.
Vilayət Eyvazov sıra baxışı keçirib 203 nəfəri seçdi - VİDEO - FOTO
Məktəblilərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirilib - VİDEO
"Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” - Rövşən Tağıyev
“Formula-1”-lə bağlı yollar bağlansa da, tranzit dəhlizlər yaradılacaq – İlk dəfə - DYP açıqladı
Yol polisi Bakıda moped və motosikletlərlə bağlı tədbir keçirib - VİDEO
Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib - FOTO
Yol polislərimiz Belarusda qalib oldular - VİDEO
İlk dərs günü yollarda təhlükəsizlik necə təmin ediləcək? – RƏSMİ AÇIQLAMA
245 nömrəli məktəbin şagirdləri “Yol polisi ilə bir gün” layihəsində - VİDEO
Yol polisinin nəzakətli davranışı rəğbət qazandı – Sürücüyə cərimə əvəzinə kömək etdi – VİDEO
DYP yeni tədris ili ilə bağlı xəbərdarlıq etdi - VİDEO












