Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO

Şamaxıda yaşayan 18 yaşlı tələbə iki nəfər tərəfindən vəhşicəsinə döyülüb.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, Hacıqabul sakini olduğunu bildirən Qoçəli Zaidovun sözlərinə görə, hadisə noyabrın 6-da saat 17 radələrində işlədiyi dönərxananın yaxınlığında baş verib. Gənc iddia edib ki, həmin vaxt Süleyman adlı şəxs və onun qaynı, maşın ustası kimi tanıdığı Fazil adlı şəxs sərxoş vəziyyətdə ona hücum edib, sonra isə avtomobillə ərazidən uzaqlaşıblar.
Q.Zaidov onu döydüyünü iddia etdiyi şəxslərin 30-35 yaşlarında olduğunu və aralarında heç bir mübahisə və ya münaqişə yaşanmadığını vurğulayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq qaydada qeydiyyat aparılıb, hadisənin bütün təfərrüatının, o cümlədən tərəflər arasında baş vermiş münaqişənin səbəblərinin və iştirakçıların hərəkətlərinin müəyyən edilməsi məqsədilə zəruri prosessual tədbirlər həyata keçirilir.
"Vətəndaşın bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırma zamanı hadisədə iştirak edən şəxslərin sərxoş vəziyyətdə avtomobil idarə etməsi və səsləndirilən digər iddialara da aydınlıq gətiriləcək", - deyə məlumatda bildirilir.
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB












