Mərkəzi Bankdan kreditlərlə bağlı QƏRAR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb.
Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.
Avtosfer.az xəbər verir ki, uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz dərəcəsidir. Faiz dəhlizinin aşağı həddi Mərkəzi Bankın birgünlük müddətə cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsini, yuxarı həddi isə eyni müddətə vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsini ifadə edir.
Bəs faiz dəhlizinin parametrlərinin dəyişdirilmədən saxlanılması nə deməkdir və bunun hansı əhəmiyyəti var?
İqtisadçı Eyyub Kərimlinin fikrincə, uçot dərəcəsinin sabit saxlanılması mövcud iqtisadi şəraitdə balanslaşdırılmış pul-kredit siyasətinin göstəricisidir.
"Qərarın əsas səbəbləri inflyasiya risklərinin hələ də qalması, xarici bazarlardakı qeyri-müəyyənlik və iqtisadi aktivliyin qorunması zərurəti ilə bağlıdır".
O bildirib ki, faizlərin artırılması kreditləri bahalaşdıraraq sahibkarlığa mənfi təsir göstərə, azaldılması isə inflyasiya təzyiqlərini gücləndirə bilər.
"Bu baxımdan Mərkəzi Bank hazırda qiymət sabitliyi ilə iqtisadi artım arasında tarazlığı qorumağa üstünlük verir. Gələcəkdə inflyasiya riskləri azaldıqca faizlərin mərhələli şəkildə endirilməsi mümkün ola bilər". (BAKU.TV)
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB












