Banner

Qubadakı ağır qəzada ölən və yaralananların ADLARI - YENİLƏNİB

Qəzalar 10 Noyabr 2026 09:41
Qubadakı ağır qəzada ölən və yaralananların ADLARI   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Qubada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub.

Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə noyabrın 10-da saat 1 radələrində Quba rayonunun Tüləkəran kəndi ərazisində baş verib.

1995-ci il təvəllüdlü Nurəli Vidadi oğlu Əlirzayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlər - 2003-cü il təvəllüdlü Fəqan Ədilov və 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. F.Ədilov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 184
ŞƏRH YAZ
Ad

E-mail

Şərh