Yol Polisindən Qaradağda sürət həddinin 70-ə endirilməsi ilə bağlı etirazlara CAVAB

Sürücülər Qaradağ rayonunda sürət həddinin endirilməsindən narazılıq edirlər.
Bu barədə etirazlar sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən paylaşılır. Paylaşımlarda Qaradağ rayonunda "Qaradağ marketə" təxminən 100-150 metr qalmış quraşdırılan radar ilə ərazidə sürət həddinin 90 km/saatdan 70 km/saata endirilməsi mübahisə yaradıb.
Sürücülər ətrafda yaşayış massivi olmadığı halda sürət həddinin endirilməsinə bir izah verə bilmirlər. Bəziləri sürət həddinin endirilməsinin ərazidəki marketlə əlaqəli olduğunu iddia edirlər.
![]()
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.az-a açıqlamasında bildirib ki, sözügedən yolda bir müddət əvvəl piyadaların iştirakı ilə baş verən çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınırdı: “Bu səbəbdən də həmin ərazidə yaşayan vətəndaşlar tərəfindən BDYPİ-nə müraciətlər daxil olurdu. Sözügedən müraciətlər əsasında əraziyə baxış keçirildi, monitorinqlər aparıldı. Yekun nəticə olaraq vətəndaşların müraciəti nəzərə alınaraq yolda sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Sürücülərdən xahiş olunur ki, bu yoldan keçən zaman qeyd edilən sürət həddinə, yol nişanlarının tələblərinə riayət etsinlər, özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına biganə yanaşmasınlar”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












