SALAM...DAM HİSSƏSİNƏ QOYULAN (PM ANTENA)'NIN CƏRİMƏSİ VAR...? VƏ NİYƏ...?
KÖLGƏ | 15 Oktyabr 2026 18:19
Salam. Xeyr, yoxdur.
Avtosfer.az | 16 Oktyabr 2026 06:51
Mercedess c class 1995 2000 mator ada kecirme rusumu ne qederdir
Togrul | 15 Oktyabr 2026 14:07
Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 16 Oktyabr 2026 06:50
Salam.
Hörmətli ekspertlər. Sizə yazmısdim, cavab vermisiniz.
Deməli bu gün bizimkilərə zəng gəlib ki, MERO-ya gəlin. Onlar da gediblər. Gedən kimi deyiblər ki maşınınızi götürün gedin. Ancaq maşinın üstundə həbs var. Maşınınızi aparın Xırdalana-Respublika DYP-sinə. Niyə?
Bunlar da səhv edib maşinı MERO-nun həyətindən çıxariblar.
Bəs bir həftədir ki avtomobil oradadır. Bu müddətdə nə ediblər, nəyi yoxlayıblar, nə rəy verilib, nə qərar verilib? Bunlar haqqında heç nə demirlər.
Ancaq onu da deyirlər ki: əvvəl 1400… sonra düşüblər 1000-ə, yəni versəniz həll edərik, avtomobili qeydiyyata ala bilərik. Bizimkilər də buna razı olmayıblar. Bundan sonra isə kürəkənin ( onu da deyim kı. Kürəkən tək olmayıb, 2 nəfər olublar və mənimlə də müntəzəm əlaqə saxlayıblar) dediyinə görə məcbur ediblər ki, maşını göturun aparın respublika DYP- sinə, ancaq maşinınız həbsdədir. Bunlar razılasmayiblar və tələb ediblər ki əgər maşın həbsdədir də bəs niyə içəri salmirsiz və məcbur edirsiniz ki, masinı aparaq. Əgər maşının həbsi varsa elə həbs edin də,yenidən salın cərimə meydancasına, yəni 1həftə qaldığı MERO-nun həyətinə. Bizimkilər nə qədər təkid etsələr də avtomobili MERO min həyətinə buraxmayıblar, nə də sənədlərini götürməyiblər, nə də qeydiyyata almayıblar. Bizimkilər də məcbur olub avtomobili elə orada , yəni MERO-nun qarşısinda qoyub, çıxib gəliblər.
Deməli şəhər saat 10- dan iş vaxtınin sonunadək onlari saxlayıblar və heç nə etməyiblər.
Nə də bu keçən bir həftə ərzində nə etdikləri barədə heç nə yoxdur.
Hörmətli ekspertlər bu haqda nə deyə bilərsiniz? Bu hansı qanuna sığır? Nə edək? Qanun bunların əlində bir oyuncaqdırmi?
Nəyə görə, hansı maraqlara xidmət edirlər? Buyurun görun ki bunlar sizlərin dedikləri qanunları necə ayaq altına alıb tapdayırlar.
Qaməd | 13 Oktyabr 2026 20:52
Salam. DİN-ə rəsmi ərizə ilə müraciət edin.
Avtosfer.az | 15 Oktyabr 2026 08:08
88 YY 887 nömrə kimə məxsusdur?
Cavid | 13 Oktyabr 2026 13:04
Bizdə belə məlumatlar olmur. Bunu DYP bilir.
Avtosfer.az | 15 Oktyabr 2026 08:06
Salam.ag avtomobilə belə spoyler vurmağın cəriməsi var?
Orxan | 12 Oktyabr 2026 01:11
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 13 Oktyabr 2026 08:17
Salam bir daha sizden lupali led prioraya qurasdirmaq olar mi deye sorusdum lakin normativ telebler pozularsa olmaz normativ telebin pozulub pozulmadigini nece bile bilerem ?
Asif | 11 Oktyabr 2026 18:37
Salam. Bunu mütəxəssis baxmalıdır, xüsusi stendlə yoxlamalıdır.
Avtosfer.az | 11 Oktyabr 2026 18:48
Salam mənim maşınımda sürücü şəxsi vəsiqə qalıb şəxslə necə əlaqə qurmaq olar
Samir | 11 Oktyabr 2026 09:29
Salam. DYP nin 902 qaynar xəttinə zəng edib bildirin ki, sizinlə əlaqə yaradılsın.
Avtosfer.az | 11 Oktyabr 2026 18:47
Salam.burda saga donme var menim qabagimdada diger neqliyat vasitesi dayanib men saga donmeni gorurem ve istiqamet tuturamki saga donecem bular 3 metr sonra saga donmeni silib hemin slinmede ondeki masinin altinda qalib gorunmur. Ve mene 40azn cerime yazilib. Bunu nece sikayet eleyib sildire bilerem?
Malik | 10 Oktyabr 2026 22:16
Salam, həmin ox işarəsi qırıq xətdən sağa dönmək üçün tətbiq edilib.
Avtosfer.az | 11 Oktyabr 2026 18:46
Salam sualım bundan ibarətdirki LADA 2107 markall avtomobilin arxa təkərin arxasına brızqovik el deyimində (şəlpə) taxmaq zəruridir? Və yaxud taxmamağın cəriməsi var?
Elar | 9 Oktyabr 2026 21:05
Salam. Taxmaq zəruridir. Taxmamaq nasazlıq hesab olunur. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 11 Oktyabr 2026 18:45
Salam. 02/10 tarixinde 20:00 radelerinde Emircan qesebesi Settar Behlulzade kucesi , Megastore qarsisindaki piyada keçidin üzerinde 77Gz791 dovlet nisanli Opel Astra masini (surucu: Agarza Ceferov) Rzayev Firdovsini vurub. Hadisenin videogoruntusunu sosial mediada yayimlanmagini isteyirem.
Adil Rzayev | 9 Oktyabr 2026 01:31
Salam. Bizdə görüntü yoxdur.
Avtosfer.az | 11 Oktyabr 2026 18:42
salam.lizinkdə olan avtomobilin 1.2 mühərrik texniki baxışın qiyməti nə qədər ödəniş olunur?
sərvər | 8 Oktyabr 2026 23:42
Salam. Avtomobilin buraxılış ilini yazın.
Avtosfer.az | 11 Oktyabr 2026 18:42
Salam. Ön alın şüşəsinin işıqburaxma faizi ilə bağlı hüquqi bir ziddiyyət qarşısında qalmışam. Azərbaycan Standartlaşdırma İnstitutunun 27 yanvar 2024-cü il tarixli qərarı ilə qüvvəyə minmiş yeni AZS 122:2023 dövlət standartında ön alın şüşəsi üçün işıqburaxma norması ən azı 70% müəyyən edilib. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) daxili təlimatlarında və köhnə normativlərdə (AZS 122-2004) hələ də 75% tələbi qalmaqdadır.
Hüquqi baxımdan, aktların kolliziyası (ziddiyyəti) zamanı yeni dövlət standartı DYP-nin köhnə təlimatını və cərimə protokollarını qüvvədən salırmı? Yol polisi 72% və ya 73% işıqburaxma qabiliyyəti olan ön şüşəyə görə cərimə yazarsa, bu standartı əsas gətirərək məhkəmədə həmin protokolu ləğv etdirmək şansımız nə qədərdir?
Isa | 8 Oktyabr 2026 11:42
Salam. Alın şüşəsinin işıq buraxma qabiliyyəti 75 faiz olmalıdır.
Avtosfer.az | 11 Oktyabr 2026 18:41
Vaz 2107 biraxılış ili 1994 aformut neçə manatdı
Rövşən | 8 Oktyabr 2026 01:03
Rüsumu hesablamaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 11 Oktyabr 2026 18:40
Salam.
Sizə əziyyət verdiyimi başa düşürəm.Əvvəla üzr istəyirəm. Sonra da sizə təşəkkür edirəm.
Xahiş edirəm ki,bu, başima gələn məsələyə aydınlıq gətirəsiniz, yəni qa anını yolunu deyəsiniz.
Deməli bir neçə ay qabaq kürəkənə VAZ 21015 markalı avtomobil almışıq
Sonrakı müddətdə bizim MERO-da texniki baxışdan da keçirmişik.
İndi isə adimıza qeydiyyata salmaq üçün bölməyə gedib. Avtomobilə baxış zamanı məlum olub ki, avtomobilin yük yerində, ehtiyat təkərin altında olmalı olan birka- nömrələr yoxdur. Yəqin ki, bizdən əvvəl olan sahiblərinin hansısa dəmir çürüdüyünə- korroziyaya uğradığına görə həmin yeri dəyişib, oraya başqa dəmir qaynaq etdirib. Ona görə də lazım olan nömrələr yoxdur. Orada bizə müxtəlif yollar dedilər və 2 gün gözlətdilər. Maşını da alıb saxladılar.
Hörmətli ekspertlər sizdən xahiş edirəm ki bu məsələnin qanuni yolunu bizə izah edəsiniz.Biz neynəməliyik? Qanun bunu necə həll edir?
Öncədən təşəkkürlər.
Qaməd | 7 Oktyabr 2026 23:08
Salam. İdarədə araşdırılacaq ki, bu avtomobil oğurluqdur yoxsa yox. Rəy aldıqdan sonra qanuni şəkildə qeydiyyata aldıra bilərsiniz.
Avtosfer.az | 11 Oktyabr 2026 18:39
Salam lada prioraya nezerde tutlmus sukan basligini basqasi ile evez elesem meselen momo ve ya diger ona benzer sukan basligi qoysam cerime oluna bilerem mi?
Asif | 7 Oktyabr 2026 16:43
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 11 Oktyabr 2026 18:34
Salam. Motosikletimin dövlət qeydiyyat nişanı yolda itib. Bununla bağlı polisə müraciət edib nömrənin itməsi barədə arayış almışam. Yeni dövlət nömrəsi almaq üçün motosikleti qeydiyyat məntəqəsinə aparmalıyam. Bu arayışla motosikleti nömrəsiz şəkildə qeydiyyat məntəqəsinə qədər idarə edə bilərəmmi? Yol polisi saxladığı halda arayışı təqdim etməyim kifayətdirmi?
Inam | 7 Oktyabr 2026 13:01
Salam. Evakuatorla aparmalısınız.
Avtosfer.az | 11 Oktyabr 2026 18:32
Salam. Lupali ledlere icaze var ? Lada priora 2018.
Asif | 7 Oktyabr 2026 09:09
Salam. Əgər normativ tələblər pozulursa olmaz.
Avtosfer.az | 11 Oktyabr 2026 18:31
Salam.Mənim avtomobilim Chevrolet Malibu ön podpresin dəyişib Benson firamsının fioletviy (bənövşəyi) rəng podpresin quraşdırmaq istəyirəm.Quraşdıran servis mənə rəsmi qaydada sertifikat verir.Bilmək istəyirəmki dəyişilən fioletviy (bənövşəyi) rəng podpresə görə DYP avtomobilimi cərimə meydançasın aparıb cərimə yaza bilərmi.
Isa | 6 Oktyabr 2026 21:50
Salam. Əgər şəffaflıq 75 faizdən aşağı deyilsə quraşdırmaq olar.
Avtosfer.az | 11 Oktyabr 2026 18:30
Salam. Chevrolet Malibu 2017 modelinde ön farada zavod lupadı. Hec bir naqil hec deyilişiklik etmeden. Mən onda ağ led işiq qoyub sürə bilərəm? Hansısa yol polis saxlayib mene cərimə yaza bilər ona görə?
Mənsur | 6 Oktyabr 2026 20:42
Salam. Bu suala şifahi cavab vermək olmur. Ona mütəxəssis bazmalıdır. Əgər normativ tələblər pozulmursa quraşdırmaq olar. Normativ tələblər pozulursa cərimə yazıla bilər.
Avtosfer.az | 11 Oktyabr 2026 18:29
Salam, prado 1998 3 mator turbo dizel qranatları lazımdı, birtə qabaq kardan
Elgün | 6 Oktyabr 2026 16:30
Salam. Ehtiyat hissələri mağazalarından soruşun.
Avtosfer.az | 11 Oktyabr 2026 18:27
Salam proqramla duzeltmisəm.avtomobile bele qapının stoykalarina qara Vinil vursam cəriməsi var?
Orxan | 4 Oktyabr 2026 21:36
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 11 Oktyabr 2026 18:27
10sx344 markali qediyyat nisanibarxtarilir masinla bir yerde
Mehdi | 4 Oktyabr 2026 07:36
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 11 Oktyabr 2026 18:02
Bu qezanın videosu var?
Amin | 3 Oktyabr 2026 23:34
Xeyr.
Avtosfer.az | 11 Oktyabr 2026 18:01
aftomobil kimin adina oldugunu oyrenmek?
Togrul | 2 Oktyabr 2026 15:04
Bu məlumatlar DYP-də olur.
Avtosfer.az | 11 Oktyabr 2026 18:01
Salam.
Hörmətli ekspertlər!
Sizdən xahiş edirəm ki ətraflı və qanuni açıqlama verəsiniz Çünki bu məsələ hazırda ən aktual məsələdir və hamınin başına gəlib, gəlir və görünur ki gələcək də.
Bu avtomobili qeydiyyata salarkən üstundəki dövlət qeydiyyat nişaninın üstündə qalması və ya dəyişdirilməsi məsələsidir.
Bu necə olmalıdir. Qanuni yolu nədir, necədir. Nömrə nişanı avtomobilə aiddir. Bu qalmalıdir, yoxsa yox. MERO əməkdaşının dediyi kimi sahibinin razilıq kağızi olmalıdır ya yox. Onların dediyi kimi 50 manat həmin kağızi necə əvəz edir? Bu necə sənəddir ki 50 manat görunəndə lazım olmur, görunməyəndə lazım olur.
Xahiş edirik ki, bunun qanuni qaydasını bildirəsiniz.
Qaməd | 2 Oktyabr 2026 14:32
Salam. Qanunvericiliyə görə, avtomobilin mülkiyyətçisinin notarial qaydada razılığı olmalıdır. Ya da özü qeydiyyatda iştirak etməlidir.
Avtosfer.az | 11 Oktyabr 2026 17:01
Salam 77 KP 889 kimin adinadir?
Ilham | 1 Oktyabr 2026 15:45
Salam. Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 11 Oktyabr 2026 16:58
Mene masin nomresi yazsam sahibini tapa bilerem
Cavid | 30 Sentyabr 2026 07:09
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 11 Oktyabr 2026 16:57
Salam ag masinin qapi stoykalarina qara mat vinil vurmagin cerimesi var?
Orxan | 29 Sentyabr 2026 22:18
Salam. Xeyr, cəriməsi yoxdur
Avtosfer.az | 11 Oktyabr 2026 16:57
Salam, 2017 model rangrover 2020 modelə restaling olunubsa texpasporta qeyd olunmalıdır?
Faiq | 29 Sentyabr 2026 13:48
Salam. Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz.
https://avtosfer.az/az/oyrenek/kohne-masini-yeni-modele-yigdiranda-texpasport-deyismelidirmi-vi%CC%87deo-244510
Avtosfer.az | 11 Oktyabr 2026 16:53
99-UC-623 nomrəli avtomobil kimdədir ?
Ömər | 28 Sentyabr 2026 23:07
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 11 Oktyabr 2026 16:51





