Tələbələri şantaj edərək pul tələb edən şəxs haqda QƏRAR VERİLDİ

Şantajla pul qazanmaq məqsədilə tələbələrin foto və videogörüntülərini montaj edib sosial şəbəkələrdə paylaşan gənc həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə İlkin Nəhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş (KMBİ) İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan İlkin Nəhmədov məhkəmədə əməlini etiraf edib. O, süni intellekt proqramları ilə montaj etdiyi şəkillərin silinməsi müqabilində tələbələrdən 20, 25 və 30 manat tələb etdiyini bildirib.
25 yaşlı təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunduğu məlum olub.
İstintaq orqanı İlkin Nəhmədova qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürüb. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Qeyd edək ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu kimi və digər kibercinayətlərin qarşısının alınması, onları törədən şəxslərin aşkarlanıb məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












