Banner

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Öyrənək 14 Noyabr 2026 23:30
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
WhatsApp kanalımıza abunə olun

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.

Avtosfer.az xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd olunub ki, dividend ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədəuyğundur.

Hesablama Palatası əsassız səbəbdən gəlir əldə edə bilməyən, eləcə də son illər ərzində rentabelsizliyi davam edən dövlət müəssisələrinin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılmasını məqsədəuyğun hesab edir.

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh