Banner

Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı

Hadisə 14 Noyabr 2026 22:13
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı
WhatsApp kanalımıza abunə olun

Bakıda tələbə qız qəfil vəfat edib.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında qeydə alınıb.

Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxunub : 44
ŞƏRH YAZ
Ad

E-mail

Şərh