Banner

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü: Şübhəli saxlanıldı

Hadisə 14 Noyabr 2026 22:45
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü: Şübhəli saxlanıldı
WhatsApp kanalımıza abunə olun

Dağıstanda rusiyalı samboçu Məhəmməd Davudovun qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Avtosfer.az bu barədə TASS-a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, idmançının Mahaçqaladakı ziyafət zalının ərazisində öldürülməsində şübhəli bilinən 23 yaşlı şəhər sakini saxlanılıb.

İlkin məlumatlara əsasən, atışmaya tərəflər arasında mübahisə səbəb olub.

***

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binadan çıxdıqdan sonra qara rəngli avtomobildən ona atəş açılıb.

Güllələrdən biri Davudovun başına dəyib. Ağır yaralanan samboçu xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Silahlı hücumu törədən şəxslər hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Məhəmməd Davudov 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi, 2023-cü ildə isə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh