Bakıda yolun ortasında ölümlə rəqs edən yeniyetmələr - VİDEO

Tanınmış teleaparıcı İlkin Həsəni sosial şəbəkədə maraqlı paylaşım edib. Sfera.az-ın məlumatına görə. teleaparıcının paylaşdığı videoda görünür ki, 2 yeniyetmə şəhərin mərkəzində işıqforda dayanan avtomobilin arxasından yapışaraq xeyli yol qət edirlər. Aparıcı paylaşımında yazıb: «Bu gənclərə xatırladın ki, etdikləri çox təhlükəli hərəkətdir».
Avtosfer.az bildirir ki, həmin yeniyetmələr artıq bir müddətdir Bakıda bu hərəkətləri hər gecə təkrarlayırlar. Onların hətta ölümlə üz-üzə qaldığı anlar da olub. Lakin öz əməllərindən əl çəkmirlər. İki gün əvvəl Avtosfer.az-ın əməkdaşları həmin yeniyetmələri Şəhidlər xiyabanı istiqamətdə qara rəngli avtomobildən sallanıb gedərkən müşaşidə ediblər.
Təəssüflə bildiririk ki, bəzən sürücülər də həmin yeniyetmələrə avtomobildən sallanıb getmək üçün şərait yaradırlar. Lakin hansısa xoşagəlməz hal baş verdikdə sürücünün də məsuliyyət daşıyacağını unutmayın!
Həmin görüntüləri təqdim edirik:
Fidan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











