Novxanıdakı “milyonluq saray”ın sahibi həbsdə qaldı - Məhkəmə qərarı

Öz bağında qızı zormalamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yekun qərar qəbul edilib.
Qərara əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və onun ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Bəxtiyar Dali barəsində ilk olaraq 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi, daha sonra prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin 2 ay müddətinə uzadılmasına qərar verilib.
Qeyd edək ki, Bəxtiyar Dali özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












