Avtomobilə atəş açıb sürücünü yaralayan 4 nəfər həbs olundu - FOTO

Hərəkətdə olan avtomobilə atəş açıb sürücünü yaralamaqda şübhəli bilinən 5 nəfərdən 4-ü həbs edilib. Avtosfer.az xəbər verir ki, insident Türkiyənin Kocaeli şəhərinin İzmit rayonunda baş verib.
Belə ki, gecə saatlarında Ayaz küçəsində 34-GAL-303 dövlət nömrə nişanlı avtomobili idarə edən Fırat O.-ya silahlı hücum edilib.

Odlu silahdan açılan güllələrdən yaralanan Fırat O. sükanın idarəetməsini itirib və avtomobil küçədəki beton işıq dirəyinə çırpılıb. Silah səslərini eşidən sakinlər 112 Təcili Zəng Mərkəzinə xəbər verdikdən sonra əraziyə təcili tibbi yardım və polis qrupları cəlb edilib. Tibb işçilərinin ilk müdaxiləsindən sonra Fırat O. xəstəxanaya aparılıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları Fırat O.-nu vuran şəxsin T.A olduğunu müəyyən ediblər. Saxlanılan T.A hadisəni K.Y., D.G., S.G. və E.N ilə birlikdə törətdiyini bildirib.
Saxlanılan şübhəlilər istintaqın tamamlanmasından sonra hakim qarşısına çıxarılıblar. Hakimin qərarı ilə E.N. şərti azadlığa buraxılıb. Qalan 4 şübhəli isə həbs olunub.
Xəsarət alan Fırat O.-nun müalicəsinin davam etdirildiyi bildirilib.
Namiq Musayev
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO










