Boş ərazidə özünə ömürlük biznes yaradan nümunəvi sahibkar - VİDEO

Son illər Bakı şəhərində hündürmərtəbəli yaşayış binalarının sürətli tikintisi şəhərin infrastrukturu və nəqliyyat sisteminə ciddi təsir göstərir. Əhali sayının artması ilə paralel olaraq, avtomobillərin də sayı çoxalır ki, bu da parklanma məsələsini daha da aktual edir. Xüsusilə şəhərin mərkəzi küçələrində müəyyən yerlərdə yeraltı parkinqlər mövcud olsa da, ətraf ərazilərdə belə imkanlar demək olar ki, yox dərəcəsindədir. Nəticədə, yeni tikilən binaların girişləri yalnız sakinlər üçün açıq olduğuna görə, digər vətəndaşlar avtomobillərini park etməyə uyğun yer tapa bilmirlər.
Bu mövzuya toxunan yol hərəkəti üzrə ekspert Elməddin Muradlı paytaxtın Əli bəy Hüseynzadə küçəsində rastlaşdığı maraqlı nümunə ilə bağlı videogörüntü qeydə alıb. O, bu küçədə bir sahibkarın qeyri-adi və təqdirəlayiq bir addım atdığını vurğulayıb.
Sözügedən sahibkar, digər iş adamları kimi bina tikmək əvəzinə, həmin ərazidə parkinq yaratmağa qərar verib. Bu addım həm şəhərin avtomobil sıxlığının azaldılmasına kömək edir, həm də sahibkara davamlı gəlir mənbəyi yaradır. Parklanma üçün hər saatdan asılı olmayaraq, sabit 2 manat tarif müəyyən edilib.
Ekspert Elməddin Muradlı qeyd edib ki, belə təşəbbüslər həm şəhər infrastrukturu üçün faydalıdır, həm də sahibkarlar üçün gəlirli biznes modelidir. Onun sözlərinə görə, bu cür layihələr Bakı kimi böyük şəhərlərdə avtomobil sıxlığını azaltmaq və yol-nəqliyyat axınını tənzimləmək üçün əhəmiyyətli rol oynaya bilər.
Bu nümunənin digər sahibkarlar tərəfindən də tətbiq edilməsi şəhər daxilində parklanma problemlərinin qismən həllinə töhfə verə bilər. Nəticədə, həm sürücülər rahat park yeri tapa bilər, həm də şəhər nəqliyyatında sıxlıq və nizamsız parklanma halları azalaraq ümumi yol hərəkəti qaydalarına müsbət təsir edə bilər.
Fərid
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












