Sürücüləri çaşdıran və cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO-FOTO

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsindən Avtosfer.az-a bildirilib ki, artıq həmin problem aradan qaldırılıb. Əvvəllər orada mövcud olan və düzünə-sağa hərəkətə icazə verən nişan yenidən bərpa edilib. Nişanın hansı halda və kimlər tərəfindən dəyişdirilməsi isə araşdırılır.
***
Xaçmaz rayonunda haqsız yerə cərimələndiklərini iddia edən sürücülər Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıblar. Onlar bildirir ki, rayon ərazisində olan yolların birində səhv quraşdırılmış nişana görə yol polisi əməkdaşları sürücüləri cərimələyir: “Yolda istiqaməti bildirən nişanın üzərində qeyd olunub ki, düzünə Xaçmaz rayonuna, sağa isə Bakı şəhərinə getmək olar. Ondan sonra isə maneəni sağdan keçmə nişanı quraşdırılıb. Lakin maenəni sağdan keçmək üçün gərək yoldan kənara düşək. Bir sözlə, düzünə getməyi qadağan edən heç bir nişan olmadığı halda yol polisi bizi cərimələyir”- deyə şikayət edən sürücülər bildirib.
Videogörüntüdən də aydın şəkildə görünür ki, yol hərəkətinin təşkilində nöqsan var. Sürücülərin yolun sağına quraşdırılmış 4.2.1 nişanının (maneəni sağdan keçməyi bildirən nişanın) tələbinə əməl etməsi qeyri-mümkündür. Çünki həmin nişanı sağdan keçmək üçün sürücülər asfalt yoldan kənara çıxaraq kolluğa düşməlidir. Hərəkətin bu cür təşkili qanunaziddir və belə nöqsana görə sürücülər məsuliyyətə cəlb edilə bilməz.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan səllahiyyətli şəxslər yolu müayinə edərək həmin nöqsanı aradan qaldıracaq.
Nərminə Əli
“Lada” sürücüsü qəfil manevr edərək süpürgəçini vurdu – Polis səbəbini araşdırır - VİDEO
Prospektdə xaos: Toy korteji yolu bağladı - VİDEO
Parkda “Lexus”la şou göstərən məktəbli saxlanılıdı - VİDEO
Süni intellektin nəqliyyatda tətbiqi sürücü xətalarının qarşısını ala bilər? - VİDEO
Dələduzun toruna düşən vətəndaş maşınları yandırıb cinayət törətdi - VİDEO
Böyükşor-Pirşağı yolunda yarışan “Mercedes” sürücüləri təhlükə saçdı - VİDEO
Polis piyadanı vurub qaçan sürücünü axtarır - VİDEO
Bir yolda 10 dəqiqə ara ilə iki ağır qəza – 2 ölü, 4 yaralı - VİDEO
Sərxoş şəxs oğurladığı avtomobillə qəza törədib - VİDEO
Bakıda nişansız yol təmiri qəza ilə nəticələndi - AAYDA şikayətə cavab vermir - VİDEO
Gənc sürücü qırmızıdan keçib yaşlı piyadanı öldürdü – Sonra qaçdı - VİDEO








