Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO

Bir aydan çoxdur ki, Bakıda bəzi dövlət qurumlarında dəyişkən iş qrafikinin tətbiqi paytaxtda nəqliyyat yükünün azalmasına hesablansa da, şəhərdə ardı-arası kəsilməyən tıxaclar müşahidə edilir.
Bu fonda universitet və məktəblərdə dərs saatlarının dəyişdirilməsi məsələsi də müzakirə olunur.
Bəs dərslərin daha gec başlaması və ya fərqli saatlarda təşkil edilməsi tıxacların azalmasına kömək edə bilərmi?
Təhsil eksperti Rizvan Fikrətoğlu hesab edir ki, dərs saatlarının vaxtı dəyişdirilərsə, məktəb və universitetlərin iş yükü ağırlaşacaq.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, Bakıda və paytaxtətrafı ərazilərdə işə və dərsə başlama saatlarının dəyişdirilməsi gözlənilən nəticəni verməyə bilər.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində və böyük şəhərlərində bu təcrübə müəyyən müsbət nəticələr verir. Lakin həmin şəhərlərdə əsas məqsədlərdən biri ictimai nəqliyyatda sərnişin yükünü daha uzun zaman intervalına bölməkdir.
Ərşad Hüseynovun fikrincə, problemin həlli yalnız saatların dəyişdirilməsi ilə məhdudlaşmamalıdır. Orta təhsil müəssisələri ilə bağlı elə şərait yaradılmalıdır ki, vətəndaşlar yaşadıqları əraziyə yaxın məktəblərdən istifadə edə bilsinlər.
Ekspert qeyd edib ki, dərs saatlarının dəyişdirilməsi müəyyən hallarda, xüsusilə ictimai nəqliyyatda pik saatlardakı yükün bölüşdürülməsinə kömək edə bilər. Bakıda tıxac probleminin həlli üçün məktəb və universitetlərin yerləşməsi, ictimai nəqliyyatın təşkili və şəhərsalma planlaşdırılması kimi məsələlərin də kompleks şəkildə nəzərdən keçirilməsi vacibdir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












