Nərimanovda bu obyektlər söküldü - FOTO

bir müddət əvvəl Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.
Avtosfer.az Oxu24.az-a istinadla xəbər verir ki, AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq. "Nəriman Nərimanov" metro stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
Görüləcək işlərlə əlaqədar sözügedən ərazinin ətrafı arakəsmələrlə bağlanmışdı. Arıtq həmin ərazidəki obyeklər sökülüb.
Layihənin həyata keçirilməsi ilə geniş və maneəsiz səkilər, yaşıllıq elementləri, daha keyfiyyətli ictimai məkanlar və müasir dayanacaq infrastrukturu qurulacaq.
Xatırladaq ki, bir neçə ay əvvəl “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsinin yenidənqurma layihəsi ictimaiyyətə təqdim olunmuşdu.yenisabah.az


Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












