Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO

Yeni yolun istifadəyə verilməsi Yeni Yasamal və ətraf ərazilərdə yaşayan sürücülərin xarici dairəvi yola çıxışı üçün əlavə alternativ yaradacaq.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yeni yolun əsas üstünlüklərindən biri 20 Yanvar dairəsi və “Şamaxinka” istiqamətindəki nəqliyyat yükünün müəyyən hissəsinin alternativ istiqamətə yönəldilməsi olacaq.
Ekspertin sözlərinə görə, yeni yolun açılması ilə Yeni Yasamal və ətraf ərazilərdən xarici dairəvi yola çıxmaq daha əlçatan olacaq.
“Yeni yolun əsas üstünlüyü ondan ibarət olacaq ki, Yeni Yasamal və ətraf ərazilərdən xarici dairəvi yola çıxmaq üçün sürücülərin daha bir alternativi yaranacaq. Bu da 20 Yanvar dairəsi və Şamaxinka istiqamətindəki nəqliyyat yükünün müəyyən hissəsinin başqa istiqamətə yönləndirilməsinə imkan verəcək”, – deyə E.Cəfərov qeyd edib.
Ekspert əlavə edib ki, yeni yol Qaradağ istiqamətinə çıxışı da asanlaşdıra bilər. Eyni zamanda, sürücülərin şəhər mərkəzinə daxil olmadan hərəkət etmək imkanları genişlənəcək.
Onun fikrincə, alternativ yolların artırılması Bakıdakı əsas nəqliyyat arteriyalarının yükünün bölüşdürülməsinə və ayrı-ayrı istiqamətlərdə yaranan sıxlığın azalmasına kömək edə bilər.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












