Sürücü və piyadanı təhlükəyə atıb heç nə olmamış kimi yoluna davam etdi - 77-XZ-010 - VİDEO
Avtosfer TV
5 May 2025 18:00
Oxunub 1374

Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Əjdər Məlikov küçəsində kobud qayda pozan sürücü iki dəfə qəza riski yaradıb.
\Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” adresinə videomaterial göndərib. Kadrdan da aydın şəkildə görünür ki, 77-XZ-010 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa keçib. Bu vaxt o, həmin zolaqdakı sürücünün - izləyicinin yolunu kəsərək ona qəza şəraiti yaradıb. Ardınca sağa dönən sürücü piyadanı vurmaqdan son anda xilas olub. İzləyicinin sözlərinə görə, təhlükəylə üzləşən piyada ona etirazını bildirsə də, sürücü heç nə olmamış kimi yoluna davam edib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR
19 Dekabr 2025 22:03
“Gelandewagen” sürücüsü qırmızda keçib ağır qəza törətdi – 6 nəfər öldü - VİDEO
17 Dekabr 2025 22:03
Ötmə qaydasını pozan sürücü ağır qəza törətdi – Sürücülərin ayağı sındı - VİDEO













