Üzünə botoks etdirmək istəyənlərin nəzərinə: görmə qabiliyyətinizi itirə bilərsiz – XƏBƏRDARLIQ - VİDEO

Son illərdə üz dolğularına maraq sürətlə artıb. Lakin yeni aparılan beynəlxalq bir araşdırma estetik prosedurların göründüyü qədər təhlükəsiz olmadığını ortaya qoyub.

Avtosfer.az xəbər verir ki, məşhur estetik cərrah Kami Parsa-nın paylaşdığı məlumat həm estetik sahəsində çalışan həkimlər, həm də bu prosedura müraciət edən şəxslər üçün ciddi siqnal ola bilər.
Amerikalı estetik cərrah Kami Parsa özünün sosial media hesabında 33 yaşlı qadın pasiyentin maraqlı tibbi görüntülərini və nəticələrini paylaşıb. Onun sözlərinə görə, pasiyent son 6 il ərzində üz nahiyəsinə ümumilikdə “12 cc” (12 şpris) hialuron turşulu dolğu vurdurub. Lakin volumetrik analiz zamanı dolğu maddəsinin həcmi “28 cc” olaraq qeydə alınıb. Bu isə vurulan miqdardan azı iki dəfədən çoxdur.
Kami Parsa bildirir ki, bu nəticə hialuron turşusunun hidrofilik (suyu özünə çəkən) xüsusiyyətindən qaynaqlanır. Eyni zamanda, zamanla dolğular toxuma genişlənməsinə səbəb ola bilər. Bu isə estetik görüntünü dəyişdirməklə yanaşı, bəzi hallarda fəsadlara da yol aça bilər.

Mövzu ilə bağlı saytımıza açıqlama verən kosmetoloq Zümrüd Rəhimova bildirir ki, insanlar arasında dolğu və botoks prosedurlarının təsiri barədə ciddi yanlış fikirlər var.
“Botoks – əzələ-sinir əlaqəsini müvəqqəti bloklayır və mimik qırışların azalmasına səbəb olur. Təsiri təxminən 3–6 ay davam edir. Amma doza çox olarsa və ya texnika düzgün seçilməzsə, göz qapağı sallanması, gülüş pozuntusu, hətta asimmetriya yarana bilər. Amma bu hallar təcrübəli həkimlərdə çox nadir baş verir”.
Kosmetoloq əlavə edib ki, hialuron turşulu dolğular daha ciddi yanaşma tələb edir:
“Bu dolğular təbii şəkildə sorulsa da, bəzi hallarda toxumalarda yayılır, topa şəklində qalır və ya gözaltı zonalara axaraq şişkinlik yaradır. Ən təhlükəlisi isə damarların tıxanması və görmə itkisi kimi fəsadların yaranmasıdır. Bunu yalnız peşəkarlar düzgün texnika ilə tətbiq etməlidirlər”.
Son illərdə bəzi şəxslər “xoşuma gəlməsə, dolğunu əridərəm” yanaşması ilə bu prosedura müraciət edirlər. Lakin mütəxəssislər bu fikrin yanlış və riskli olduğunu vurğulayırlar. Çünki dolğular toxumalarla birləşdikdə onların tam əridilməsi bəzən çətin, hətta mümkünsüz olur. Üstəlik, qeyri-peşəkar müdaxilə bu bölgələrdə iltihab, düyünlər və toxuma zədələnməsi yarada bilər.
Estetik müdaxilələr tibbin ciddi sahələrindən biridir və yalnız sertifikatlı, təcrübəli həkimlər tərəfindən aparılmalıdır. Mütəxəssislər və beynəlxalq araşdırmalar göstərir ki, dolğular bədəndə zamanla dəyişə bilər, yayılma göstərə bilər və əks təsirə səbəb ola bilər. Buna görə də vətəndaşlar kosmetik prosedur qərarı verməzdən əvvəl təhlükəsizlik, texnika və həkim seçimi məsələlərini diqqətlə araşdırmalıdır.
Fidan
Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Amalın anası Prezident İlham Əliyevə müraciət etdi: “GÜNAHKAR CƏZASINI ALSIN” - VİDEO
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq dövrü başlayır – “Bolt”dan AÇIQLAMA - VİDEO
Ayaqlarını maşının pəncərəsindən sallayan sərnişin CƏZALANDIRILDI - VİDEO
Avtomobil ödəniş məntəqəsinə çırpıldı; ölən və xəsarət alanlar var - ANBAAN VİDEO
Sürət həddini aşan sürücü ağır qəza törətdi: 5 nəfər həyatını itirdi - ANBAAN VİDEO
Qaydaları saymayan motosiklet sürücüsü iki sərnişinlə qırmızı işıqdan keçdi - VİDEO
Novxanıda qadın sürücü yolu keçən piyadaları vurdu - VİDEO
Saatda 180 km sürətlə “təcili yardımla” toqquşdu; 5 nəfər xəsarət aldı - VİDEO
Qadın sürücü işıqforun yaşıl işığında ləngidi; yola zibil atdı – 77-YU-986 - VİDEO
Moped sürücüsü qaydaları saymadı; ciddi təhlükə yaradırlar - VİDEO










