Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü qəzaya səbəb olub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərərək ətraflı məlumat verib. Hadisə martın 29-da saat 17:50 radələrində Vüsal Xəlilov küçəsində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, 77-YS-523 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü məhlədaxili yolda sürət həddini aşaraq döngəyə sərt şəkildə daxil olur. Nəticədə sürücü idarəetməni itirir və yol kənarında dayanmış “Mitsubishi” markalı avtomobilə çırpılır.
İzləyicinin sözlərinə görə, bu zaman yaxınlıqda azyaşlılar oyun oynayırmış. Xoşbəxtlikdən onların heç biri xəsarət almayıb. Eyni zamanda bildirilib ki, qəzanı törədən sürücünün yeniyetmə olduğu ehtimal edilir.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Qeyd edək ki, məhlədaxili yollarda sürət həddinin aşılması və nəqliyyat vasitəsinin nəzarətsiz idarə olunması xüsusilə təhlükəlidir. Belə ərazilərdə piyadaların, o cümlədən uşaqların hərəkət ehtimalı yüksək olduğundan sürücülər daha diqqətli olmalı, sürəti minimum səviyyədə saxlamalı və manevrləri əvvəlcədən düzgün qiymətləndirməlidirlər.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












