2023-cü ilin ən çox qazanan avtomobil yarışçısının adı açıqlandı

Niderlandlı atlet Maks Ferstappen 2023-cü ildə “Formula-1”in ən çox qazanan sürücüsü kimi tanınıb.
Bu barədə “Forbes” jurnalında məlumat verilib.
“Forbes”ın məlumatına görə, “Red Bull”un pilotu bir ildə 70 milyon dollar qazanıb. Oktyabrda Ferstappen Qətər Qran-prisinin qalibi və vaxtından əvvəl dünya çempionu olub. O, bu titulu, həmçinin 2021 və 2022-ci illərdə də qazanıb.
“Forbes”ın reytinqində ikinci yeri “Mercedes”də çıxış edən Lyuis Hemilton tutub. Mövsümün sonunda britaniyalı yarışçı 55 milyon dollar qazanıb. Ən çox qazanan sürücülərin ilk beşliyində, həmçinin Fernando Alonso, Serxio Peres və Şarl Lekler yer alıblar.
“Formula-1” ulduzlarının real qazancı daha yüksək ola bilər, çünki reytinq tərtib edilərkən ekspertlər reklam müqavilələrini nəzərə almayıblar. (oxu.az)
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












