Aİ köhnə avtomobillər üçün illik texniki baxışı məcburi etməyi planlaşdırır

Avropa Komissiyası on ildən artıq istismarda olan avtomobillər üçün illik məcburi texniki baxış tətbiq etməyi planlaşdırır. Yeni təşəbbüsün məqsədi yol-nəqliyyat hadisələrinin və qəza qurbanlarının sayını azaltmaqdır. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, təklifin qüvvəyə minməsi üçün Avropa Parlamenti və üzv dövlətlərin razılığı tələb olunur. Hazırda bir çox Avropa İttifaqı (Aİ) ölkəsində köhnə avtomobillər hər il texniki baxışdan keçirilir. Köhnə avtomobillər nasaz və qəza riski yüksək olmasından əlavə, ətraf mühitə daha çox zərərli maddə buraxır.
Aİ-nin Texniki Nəzarət Birliyinin məlumatına əsasən, 10–11 yaşlı avtomobillərin təxminən dörddə birində ciddi nasazlıqlar qeydə alınır. Birlik bu cür avtomobillər üçün illik texniki baxışın məcburi qaydada həyata keçirilməsini bir müddətdir təklif edir. Lakin bəzi peşəkar birliklər bu təşəbbüsə tənqidi yanaşır. Onların fikrincə, köhnə avtomobillərin daha çox qəza törətdiyini sübut etmək çətindir.
Hazırda Almaniyada avtomobillər yaşından asılı olmayaraq, hər iki ildən bir texniki baxışdan keçir. Yeni avtomobillər üçün isə ilk texniki baxış üç ildən sonra həyata keçirilir.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












