Alıcılara şad xəbər: Bu maşınların qiyməti kəskin ucuzlaşacaq

Ötən gün Prezident İlham Əliyev "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında Sərəncam imzalayıb. Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Ölkə başçısının sərəncamı ölkədə elektromobil avtomobillərin istifadəsi istiqamətində səmərəliliyin artmasına istiqamətlənib.
Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yaxın vaxtlarda ölkədə elektromobillərin qiymətində əsaslı ucuzlaşma olacaq:
“Bildiyiniz kimi, daha öncə də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istismarını stimullaşdıran bir sıra addımlar atılıb. Ötən illər ərzində Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyasının alt qruplarında hazırlanan yol xəritəsi əsasında bizim ölkəyə idxal olunan yeni elektromobillər gömrükdə də, vergidə də rüsumlardan tamamilə azad edilib. Bu da öz növbəsində sahibkar üçün bir fürsətdir ki, bu növ nəqliyyat vasitələrini ölkəmizə gətirsinlər. Artıq vətəndaşlar üçün də bu nəqliyyat vasitələrinin qiyməti əlçatandır. Burada əsas məqsəd elektromobil avtomobillərin ölkəyə idxalını stimullaşdırmaq və ölkə daxilində də bu növ avtomobillərin vətəndaşlar tərəfindən istismarını asanlaşdırmaqdır. Növbəti addım olaraq ölkəyə idxal olunan enerjidoldurma məntəqələrinin qurulmasında istifadə olunan avadanlıq və cihazlar da bütün rüsumlardan azad edildi. Bu isə özlüyündə elektromobil maşınların qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına gətirib çıxaracaq. Dövlət burada inhisarçı deyil, biznesi mühitini dəstəkləyən mövqedən çıxış edir”.
Ekspert yaxın gələcəkdə paytaxt yollarında elektrik mühərrikli avtomobillərin olacağını qeyd edib:
“Biz artıq deyə bilərik ki, 2024-cü il Azərbaycanın nəqliyyat sektorunda elektrikləşmə ilidir. Bu ildən artıq o proses daha geniş vüsət alacaq. Bu gün əgər ölkəyə idxal edilən elektromobillərin sayı ümumilikdə 5 faiz təşkil edirsə, gələn illər ərzində bu rəqəmlər artacaq. Hətta ola bilsin ki, növbəti ilə 15 faiz təşkil etsin. Burada əsas məqsədlərdən biri həm də ekosistemin yaxşılaşdırılmasıdır. Ənənəvi nəqliyyat vasitələri karbon qazını atmosferə daha çox buraxır. Amma elektrik mühərrikli avtomobillərdə karbon qazının atmosferə buraxılması mövcud deyil. Ona görə də üstünlük artıq bu istiqamətədir. Bu yaxınlarda artıq Bakı şəhərinin də ictimai nəqliyyatında elektrik mühərrikli avtobusların fəaliyyətini görəcəyik. İndi hal-hazırda pilot layihə kimi 2 avtobus istismara verilib və bu özünü doğruldub. Gələcəkdə bu sayın 150-yə qədər artırılması gözlənilir”. (Yenisabah.az)
Avtomobil kondisionerləri ilə bağlı ciddi səhv - FOTO
Elektromobilin əsas nasazlığının həlli tapıldı
Maşın almaq istəyənlərin nəzərinə! - Vəziyyət dəyişir
Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Akkumulyatoru necə düzgün çıxarmalı? - FOTO
Radiatoru korroziyadan necə qorumaq olar? - FOTO
Avtomobillərə maraq niyə azalıb? - Maşın bazarında durğunluq - VİDEO
Avtomobil bazarı saxta detalların əsirinə çevrilib? – ""Zirzəmi malları"orijinal adı ilə satılır"
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır - FOTO
"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?
Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR - VİDEO










