Almaniyanın avtomobil sənayesi Trampın rüsumları səbəbindən hiss olunacaq itkilər yaşayır - Merts

Almaniya kansleri Fridrix Merts bildirib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən idxal rüsumları Almaniyanın avtomobil istehsalı şirkətlərinin vəziyyətinə mənfi təsir göstərir.
Avtosfer.az xəbər verir ki, Almaniya hökumətinin başçısı bu fikrini Amerika televiziya şirkəti CNN-ə müsahibəsində ifadə edib.
“Təsir dəhşətlidir”, – o, Amerika rüsumlarının Almaniyanın avtomobil sənayesinə necə təsir etdiyini qiymətləndirməsi istəndikdə bildirib.
“Ümid edirəm ki, bu ticarət münaqişəsində həll yolu tapacağıq. Nəticədə bu hamımız üçün təhlükə yaradır”, – Merts qeyd edib və yay ərzində ticarət anlaşmazlıqlarının həll ediləcəyinə ümid etdiyini söyləyib.
O əlavə edib ki, Berlin və Vaşinqton rüsumlar mövzusunda “danışıqlar aparmaq üçün hər tərəfdən nümayəndələr” təyin edəcəklər. “Lakin bunu Avropa səviyyəsinə çıxarmaq lazımdır, çünki ticarət siyasəti Aİ-nin məsuliyyət sahəsinə aiddir. Biz Aİ-nin bir hissəsiyik və konstruktiv rol oynamağa çalışırıq”, – Almaniya kansleri vurğulayıb.
Qeyd edək ki, iyunun 5-də Vaşinqtonda Tramp və Merts arasında görüş keçirilib, liderlər o cümlədən Rusiya – Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri müzakirə ediblər.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












