Avropa şəhərində elektrik avtomobillər bir il pulsuz doldurulacaq

Yunanıstanın Afina hakimiyyəti il boyu sürücülərə elektrik avtomobilləri üçün doldurma məntəqələrindən pulsuz istifadə etməyə icazə verib. Bu təşəbbüsün köməyi ilə şəhər hökuməti əhali arasında ekoloji cəhətdən təmiz nəqliyyatın populyarlığını artırmağı və atmosferə atılan zərərli tullantıları azaltmağı planlaşdırır.
Hələlik Yunanıstanın paytaxtında cəmi 25 enerji doldurma məntəqəsi var, lakin bələdiyyə infrastrukturu inkişaf etdirməyi planlaşdırır – bunun üçün Avropa şəhərində daha çox elektrik mühərrikli avtomobil sahibləri peyda olmalıdır. Sakinləri elektrikli avtomobillərə keçməyə təşviq etmək üçün administrasiya onların yanacaq doldurma xərclərini müvəqqəti olaraq azaltmaq qərarına gəlib.
Şəhər hökuməti qeyd edib ki, Afinada elektrik avtomobillərinin pulsuz doldurulması təşəbbüsü ilə yanaşı, planetə dəyən zərərin azaldılması üçün digər tədbirlər də həyata keçirilir: mərkəzdə avtomobillərin hərəkətini məhdudlaşdırılıb, daha çox velosiped yolları, piyadalar üçün küçələr salınıb, ictimai bağları abadlaşdırılır.///fins.az
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











