“Avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq” - Azərbaycanda

Hazırda Azərbaycanın avtomobil istehsal həcmi aşağı olsa da, bu sahədə sürətli artım olacağı gözlənilir. "APA" xəbər verir ki, bu, "Fitch Solutions" (FS) şirkətinin araşdırma qrupunun hesabatında bildirilib.
FS qeyd edib ki, 2023-cü ildə Azərbaycanın ümumi avtomobil istehsalı 5 min ədəddən aşağı olsa da, daha çox istehsal zavodu fəaliyyətə başlayacağı üçün 2024-cü ildən 2028-ci ilə qədər artımın əhəmiyyətli dərəcədə sürətlənəcəyini gözlənilir.
“2024-cü ilin yanvarında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uzavtosanoat” və “Azərmaş” şirkətləri arasında 2026-cı ilədək Azərbaycanda illik gücü 30 min ədəd olan zavodun yaradılması haqqında saziş imzalanıb. Lada tərəfindən planlaşdırılan investisiyalar və İranın Khodro Şirkəti (IKCO) ilə tərəfdaşlıq çərçivəsində 2024-2033-cü illər ərzində istehsal həcminin 43.4% artacağını, 2033-cü ilə qədər illik istehsal həcminin 100 min ədədə yaxınalaşacağını gözləyirik” - FS-nin şərhində əlavə edilib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












