Avtomobil nömrələrinin qiymətləri artırılır - SİYAHI - MƏBLƏĞ

Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği dəyişdirilir. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, , bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.
Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
- müxtəlif seriya - 1500 manatdan 2000 manata;
- eyni seriya - 2500 manatdan 3000 manata;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
- müxtəlif seriya - 1000 manatdan 1500 manata;
- eyni seriya: 1500 manatdan 2000 manata;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
- müxtəlif seriya: 500 manatdan 1000 manata;
- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.
Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.
Hazırda isə bu rəqəm 22 manatdır.
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları











