Avtomobil sürəndə əsəbiləşməmək üçün 3 məsləhət

Təcrübəsiz sürücülər üçün maşın sürərkən sakit qalmaq çox çətindir. Bu olduqca başa düşüləndir. Avtomobil sürərkən güclü həyəcan ola bilər. Çünki avtomobili idarə edən şəxs təcrübəsizdir.
Bəs, təcrübəsiz bir sürücü necə sakitləşə bilər?
Avtosfer.az Lent.az-a istinadən bununla bağlı bir neçə məsləhəti təqdim edir:
Digər sürücülərin reaksiyalarını düşünməyin
Bir çox təcrübəsiz sürücülər digər sürücülərin mənfi reaksiyaları ilə üzləşməkdən qorxurlar. “Başqaları mənim haqqımda nə düşünəcək? Yəqin ki, mənə hirsləniblər” deyə düşünür və daha tez-tez səhvlər etməyə başlayır. Digər sürücülərin reaksiyasını düşünməyin və onların qarşısında utanmamağa çalışın. Demək olar ki, bütün təcrübəli sürücülər yolda yeni gələnlərə anlayışla yanaşırlar.
Smartfonunuza toxunmayın
Sükan arxasına keçməzdən əvvəl naşı sürücü mobil cihazı söndürməli və ya heç olmasa onu səssizə qoymalıdır. Belə bir sürücünün onsuz da diqqətini yayındıran çoxlu məqamlar olacaq. Niyə başqa şeylərə də ehtiyac olsun ki?
Sürməkdən zövq alın
Düzgün yerinə yetirilən hər manevrdən zövq almağa çalışın. Bu halda avtomobil idarə etmək artıq “işgəncə” olmayacaq. Proses daha az stresli olacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










