Avtomobil yanğınları artır - Səbəb nədir? - VİDEO

Havalar isinən kimi avtomobillərin qəfildən alışması halları qeydə alınır. Son günlər Bakıda və rayonlarda bir neçə avtomobil yanıb.
Avtosfer.az-ın məlumatına görə, Suraxanı rayonunda hərəkətsiz vəziyyətdə olan avtomobil qəfildən alovlanıb. Avtomobil sahibi və ətrafda olanlar dərhal yanğına müdaxilə ediblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovları ram ediblər. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın avtomobilin mühərrik hissəsində olub. Bənzər hadisə Zaqatala rayonunda da olub. Təmir sexində dayanan avtomobil qəfil alışıb. Hadisələr zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinin sahibinə külli miqdarda ziyan dəyib. Maraqlısı budur ki, payız və qış aylarında nəqliyyat vasitələrində belə hadisələrə nadir hallarda rast gəlinir. Son günlər havaların bir az isinməsilə belə hallar artır. Avtomobil ustası Sahil Ağabəyli deyir ki, yanğınlar adətən avtomobilin elektrik naqilləri və yanacaq sistemindən mühərrikə gedən borulardakı nasazlıq nəticəsində əmələ gəlir. Ustanın fikirincə, istehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanğınlar adətən məsuliyyətsizlik səbəbindən yaranır. Ustalar məsləhət görürlər ki, sürücülər avtomobilin mühərrik hissəsinə əlavə vasitələr qoymamalı və yaranan xırda nasazlığa həssas yanaşmalıdırlar.
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA










