Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn 3 üsul

Avtomobilinizdə cızıq var? Avtoservisə getmək və ya bahalı cilalayıcılar almaq üçün tələsməyin. Əl altında olan materiallarla effektiv həll yolları mövcuddur.
Avtosfer.az xəbər verir ki, bu barədə pravda.ru-nun avtomobil ekspertləri danışıblar.
Mütəxəssislər qəpik-quruşa başa gələn üç effektiv üsulu açıqlayıblar. Onları təqdim edirik:
Diş məcunu - mini cilalama dəzgahı

Diş məcunundakı abraziv (pardaxlayıcı) hissəciklər yumşaq yonma aləti kimi işləyir. Bir qədər məcunu yumşaq parçaya çəkin, cızığın üzərinə dairəvi hərəkətlərlə sürtün və sonra nəmlənmiş salfetlə silin. Əsas odur ki, həddindən artıq basmayın, əks halda lak qatına ziyan verə bilərsiniz.
Bitki yağı - "bərpaedici" effekt

Əgər cızıq daha dərin olubsa, bir damcı bitki yağı mikroçatları dolduraraq "sağalmış" effekt yaradacaq və işığın sınmasını dəyişəcək. Sadəcə bir az yağ vurun, quru parçayla silin və cızıq vizual olaraq yox olacaq. Bu üsul avtomobili satmazdan və ya fotosessiyadan əvvəl idealdır.
Dırnaq lakı - kuzov rəngində maskalama

Daha ciddi cızıqlar üçün dırnaq lakı köməyə çata bilər. Əsas məsələ avtomobilinizin rənginə mümkün qədər yaxın bir çalar seçməkdir. Lak quruduqdan sonra üstünü cilalayıcı vasitə ilə işləyin, nəticədə cızıq demək olar ki, görünməz olacaq.
Qoz ləpəsi - təbii restavrator

Qozu iki yerə bölün və cızıq olan hissəni onun ləpəsi ilə ovxalayın. Qozun tərkibindəki yağlı turşular nahamarlıqları dolduracaq, yumşaq teksturası isə səthə hamarlıq verəcək. Sonda nəmlənmiş salfetlə silin və avtomobiliniz yenidən baxımlı görünəcək.
Bu üsullar peşəkar rənglənməni əvəz etməsə də, vacib görüş və ya avtomobil satışı öncəsi cızıqları tez bir zamanda gizlətmək üçün əla həll yoludur.(oxu.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











