Avtomobilin texniki xidmətinə necə qənaət etmək olar? Ekspert məsləhətləri

Gələcəkdə avtomobilin texniki xidmətində qənaət etmək üçün hava və salon filtrlərini dəyişmək lazımdır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Za rulyom" jurnalının avtoeksperti Aleksey Revin məlumat verib.
Onun sözlərinə görə, avtomobillərin əksəriyyətində bu əməliyyatları aparmaq çox asandır.
"Hətta onları böyük texniki baxışlarla əlaqələndirməyə ehtiyac yoxdur. Çünki bu elementlərin çirklənmə sürəti istismar şəraitindən asılıdır. Məsələn, az istifadə olunan avtomobillərdə hava filtrini bir neçə il dəyişməmək olar. Lakin salon filtrini ildə ən azı bir dəfə yeniləmək lazımdır, çünki onda insan sağlamlığı üçün zərərli bakteriyalar toplanır", - deyə ekspert qeyd edib.
Mütəxəssisin sözlərinə görə, mühərrikin iş qabiliyyətini uzatmaq üçün hər 7.5-10 min kilometr yol qət etdikdən sonra mühərrik yağını dəyişmək də vacibdir. Sürücü bu proseduru müstəqil şəkildə həyata keçirə bilər, lakin boşaltma tıxacına çıxış əldə etmək üçün ona baxış çuxuru və ya estakada lazım olacaq.
(oxu.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












