Avtomobillərdə gizlənmiş təhlükə: Öldürür! - Sürücülərə vacib XƏBƏRDARLIQ

Havada temperaturun getdikcə artması nəticəsində avtomobillərdə yanğın riski də çoxalmağa başlayır. Analoji hadisələrin baş verməsinin səbəbi təkcə isti havadan yox, həm də belə bir halın qarşısını almaq barədə məlumatsız olan sürücülərdən qaynaqlanır.
Sözügedən mövzu barədə “Yeni Sabah”a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev sürücüləri məlumatlandırıb:
“Yay fəslinin gəlişi ilə əlaqədar avtomobillərdə təhlükəsizlik qaydaları bir daha aktualllaşır. Belə ki, anomal isti hava şəraitində avtomobillərin qızması riski yüksəlir. Avtomobillərin qızması və nasazlığın qarşısını almaq üçün öncədən müvafiq tədbirlər görmək lazımdır. Bunlar profilaktik tədbirlər adlanır. Avtomobillərin texniki sazlığına nəzarət edilməlidir. Məsələn, radiator təmiz olmalıdır, termostat işlək vəziyyətdə olmalıdır. Termostat avtomobildə temperaturu tənzimləyən qurğudur. Bu qurğu işlək olmadığı halda, avtomobil bir müddət çalışdıqdan sonra temperatur yüksələ bilər. Havaların isti olması bu riski daha da artırır. Avtomobildə hava çəkən pərlər və soyutma sistemi də işlək vəziyyətdə olmalıdır. Maşının temperaturuna avtomobil işə düşdükdən sonra, xüsusən tıxaclarda və yay aylarında nəzarət edilməlidir. Hər hansısa qızma halı müşahidə olunarsa, yəni temperaturda şkala qırmızı, təhlükəli səviyyəyə qalxarsa, avtomobili dərhal saxlayıb, şüşələri aşağı salaraq peçi yandırmaq lazımdır ki, maşın soyusun”.
Eskpert qeyd edib ki, isti hava şəraitində maşınları kölgəli yerdə park etmək daha təhlükəsizdir:
“Avtomobillərdəki şüşələrin üzərinə falqadan ibarət örtüklər qoyulmalıdır ki, günəş şüaları birbaşa avtomobilin salonuna daxil olmasın. Maşını park etdiyimiz zaman salonlarda elektronika cihazları, qaz tərkibli yandırıcı materiallar, maddələr, kibrit, ən əsası plastik su qablarının saxlanılmasına yol verilməməlidir. Çünki isti hava şəraitində qeyd edilən vasitələr yanğına birbaşa olaraq təkan verə bilər.
Avtomobil salonunda plastik qabda su saxlanılmaması barədə xəbərdarlıq təkcə mayenin keyfiyyəti ilə bağlı deyil. Eyni zamanda, isti temperatur nəticəsində plastik alışa bilər. Bu da avtomobildə yanğın baş verməsinə gətirib çıxarar. Yay aylarında belə hadisələr çox olur. Bunun da səbəbi avtomobilin salonun qızması və içəridə alışan, yanan materialdan olan əşyaların yer almasıdır.
Səyahətə çıxan sürücülərə tövsiyə olunur ki, öncədən avtomobili təmir məntəqələrində yoxlamadan keçirsinlər. Hər hansı bir uyğunsuzluq varsa aradan qaldırılsın. Uzun məsafəlik yola çıxmadan öncə avtomobildə bütün yoxlamalar aparılmalı, avtomobilin saz vəziyyətdə olmasına tamamilə əmin olmaq lazımdır. Bundan başqa, maşında yanğına çevik müdaxilə etmək üçün mütləq yanğınsöndürən balonların olması vacibdir. Belə olduğu halda, mümkün təhlükənin qarşısını almaq daha da asanlaşır”.
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı










